Yaponiya ölkəyə gələn turistlərə pul verəcək

Yaponiya ölkəyə gələn turistlərə pul verəcək
  • Maraqlı

  • Yaponiya hökuməti turistlər üçün xüsusi vauçerlər hazırlayır. Bu, əcnəbilərə gündə 185 dollar əldə etməyə imkan verəcək.

    Asiya.az
    xəbər verir ki, Yaponiya ölkəyə gələn turistlərə pul verməyi planlaşdırır. Asiya dövləti bununla da turizm sektorunu dirçəltməyə çalışır.

    Subsidiya səyahət xərclərinin təxminən yarısına kifayət edəcək. Vauçer kafedə, retoranda və mağazada işə yarayacaq. Bu o deməkdir ki, təyyarə bileti və otel xərcləri nəzərə alınmır. Yaponiya hökuməti layihəyə 1.35 trilyon yen ayırıb. Yəni təxminən 12.5 milyard dollar xərclənəcək.

    “Kyodo News” agentliyinin yazdığına görə, subsidiyanı əldə etmək üçün əvvəlcə oteldə yer almaq lazımdır. İyulun sonlarından vauçerlər verilməyə başlanacaq.

    Yaponiya hökuməti ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün ümumilikdə 2.18 trilyon dollar xərcləməyi düşünür. Bu, ümumdaxili məhsulun üçdə biri deməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər