“Türkiyədən Azərbaycana, xüsusilə də Gəncə şəhərinə aviabiletlərin qiyməti çox yüksəkdir" - Qənirə Paşayeva (VİDEO)

“Türkiyədən Azərbaycana, xüsusilə də Gəncə şəhərinə aviabiletlərin qiyməti çox yüksəkdir" - Qənirə Paşayeva (VİDEO)
  • Siyasət / Asiya TV

  • Millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxış edib.

    Asiya.az
    xəbər verir ki, Türkiyədə səfərdə olarkən vətəndaşlar tərəfindən məsələ ilə bağlı çoxlu sayda müraciətlər aldığını deyən Qənirə Paşayeva bu sazişin tarixi bir hadisə olduğunu bildirib.

    Azərbaycan Türkiyəyə gedən insanların sayı çox olsa da Türkiyədən Azərbaycana gələnlərin çox az olduğunu vurğulayan millət vəkili 90 günlük viza sisteminin ləğv olunmasının bu məsələyə böyük töhfələr verəcəyini də deyib.
    Qənirə Paşayeva qardaş Türkiyədə Avropa ölkələrinə satılan biletlərin qiymətinin Azərbaycanla müqayisədə daha ucuz olması məsələsinə də toxunub:

    “Türkiyədən Azərbaycana, xüsusilə də Gəncə şəhərinə aviabiletlərin qiyməti çox yüksəkdir. Gəncədə olarkən mənə bildirdilər ki, burada yerhaqlarının yüksək olması biletlərin qiymətinə də öz təsirini göstərir. Bölgələrimizə gələn turistlərin sayının artması birbaşa həmin bölgənin iqtisadiyyatının güclənməsinə təsir edir.”

    Postpandemiya dövründə turizmin güclənməsinin iqtisadiyyatımız üçün vacib məsələ olduğunu vurğulayan Qənirə Paşayeva məsələnin həlli üçün aidiyyatı qurumlara çağırış edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər