Millət vəkili Rəşad Mahmudov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etdi

Millət vəkili Rəşad Mahmudov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etdi
  • Cəmiyyət

  • Millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov feyzbuk səhifəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.

    Asiya.az həmin təbriki təqdim edir:

    “1 İyun - sadəcə bu gün deyil, hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik. Çünki onların hər biri fərqli bir çiçəkdir və hamısı birlikdə bu dünyanı gözəl bir bağ halına gətirir.
    Ölkəmizdə uşaqlara qayğı və onların problemlərinin həlli hər zaman diqqət mərkəzində olub və bu dövlətimizin əsas prioritetlərindən biridir. Bu gün daha 4 uşaq Heydər Əliyev Fondunun və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sağlam ürəyə qovuşdu. Komandamız adından bütün uşaqları ürəkdən təbrik edir, hər birinə sağlam və xoşbəxt gələcək arzulayırıq.
    Gözəl çöhrənizdən gülüş əksik olmasın, əziz balalar!!!”

    Millət vəkili Rəşad Mahmudov
    PAYLAŞ:

    Oxşar xəbərlər