Masallıda avtomobil kanala aşdı – Ölən var (FOTO/VİDEO)

Masallıda avtomobil kanala aşdı – Ölən var (FOTO/VİDEO)
  • Araşdırma / Olay

  • Masallı-Yardımlı yolunun Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

    2 iyun, saat 00:30 radələrində "Vaz 2121" markalı 10-BV-602 Dövlət Nömrə nişanlı minik avtomobili Masallı rayonu, Ərkivan qəsəbəsində yol kənarındakı su kanalına aşıb.

    Asiya.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, Yardımlı rayon sakini 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
    Avtomobildə olan sərnişin, Yardımlı rayon sakini 1996-cı il təvəllüdlü Kərimli Taleh Heybət oğlu isə müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.
    Asiya.az


    Masallıda avtomobil kanala aşdı – Ölən var (FOTO/VİDEO)
    Masallıda avtomobil kanala aşdı – Ölən var (FOTO/VİDEO)
    Masallıda avtomobil kanala aşdı – Ölən var (FOTO/VİDEO)
    PAYLAŞ:

    Oxşar xəbərlər