Asiya.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, Elmar Məmmədyarovun nazir kimi aylıq əmək haqqı 1925 manatdır ki, bu da yalnız 1 mənzilin aylıq əmlak vergisi və kommunal xərclərinin 70 faizini ödəməyə bəs edir.
Çünki, bir mənzilin aylıq əmlak vergisi və kommunal xərci 2720 manatdır.
"Şəkildə təqdim olunan, birinin qiyməti 2 milyon 50 min dollar, o birinin qiyməti 2 milyon 200 min dollar olan mənzillərin hər birinin aylıq kirayə haqqı 7500 dollardan başlayır. İkisi də kirayə verildiyi halda ayda ən azı 11800 (15000-3200) dollar icarədən qazanmaq mümkündür ki, bu da nazirin aylıq vəzifə maaşından 10 dəfədən də çox edir”.