Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunda əkin sahələrinin suvarılmasında yaşanan problemlərdən danışıb - VİDEO

Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunda əkin sahələrinin suvarılmasında yaşanan problemlərdən danışıb - VİDEO
  • Siyasət / Asiya TV

  • Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunda əkin sahələrinin suvarılmasında yaşanan problemlərdən danışıb və həmin problemlərin həlli üçün 2 önəmli layihə ilə bağlı baş nazirə müraciət edib.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında çıxış edərək Nazirlər Kabinetinə çağırış edib. Kənd təsərrüfatı rayonlarında əhalinin əsas məşğuliyyət və gəlir mənbəyinin kənd təsərrüfatı olduğunu bildirən millət vəkili Qənirə Paşayeva cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox önəmli layihələrin həyata keçirildiyini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva bu sahədə yaşanan problemlərdən də danışıb. O, bildirib ki, suvarma ilə bağlı problem yaşandıqda kənd təsərrüfatı sahələrini inkişaf etdirmək mümkün deyil:

    “Tovuzda artıq kənd təsərrüfatı mövsümü başlayır. Amma insanların hamısını narahat edən bir məsələ var. Əgər mövsüm keçən ilki kimi quraq keçərsə məhsuldarlıqda çox ciddi azalmalar olacaq. Cənab Prezident İlham Əliyev də suvarılma probleminin aradan qaldırılması, əhali arasında suyun düzgün paylanması məsələsinə xüsusi toxunmuşdu. Hətta bu istiqamətdə komissiya da yaradılıb. Tovuz rayonunun problemlərini həll edəcək 2 önəmli layihə var ki, onların hər biri haqqında Nazirlər Kabinetinə və aidiyyatı qurumlara müraciətlər olunub. Buradan baş nazirimiz Əli Əsədova xahiş edirəm ki, bu layihələrin yaxın zamanlarda reallaşması üçün dəstək göstərsin.”

    Zəyəm çayı üzərində su anbarının tikilməsi təklifi ilə çıxış edən millət vəkili Q.Paşayeva deyib ki, bu layihənin tək Tovuz rayonunda deyil, Şəmkir rayonunda yaşanan suvarma suyu problemini də aradan qaldıracaq. Eyni zamanda Kür çayından Qovlar şəhərinə və kəndlərə 4 pilləli su nasosları ilə su çəkilməsi təklifini də irəli sürən millət vəkili Q.Paşayeva bu layihənin həm Qovlar şəhərində, həm də bir çox ətraf kəndlərdə suvarma problemini aradan qaldıracağını deyib. O, bildirib ki, suvarma probleminin həll olunması Tovuzun kənd təsərrüfatı rayonu kimi inkişafına, əhalinin məşğulluğunun artmasına, kənd təsərrüfatı məhsullarının ixracına öz müsbət təsirini göstərəcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər