DTX-də yüksək vəzifəyə təyin olunan Baş prokurorun kürəkəni kimin oğludur? – DOSYE

DTX-də yüksək vəzifəyə təyin olunan Baş prokurorun kürəkəni kimin oğludur? – DOSYE
  • Siyasət / Manşet

  • Ötən gün Azərbaycanın yeni Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

    Asiya.az
    xəbər verir ki, mətbuata verdiyi açıqlmada Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləsə də, Orxan Nuriyevin hansı səbəbdən işdən çıxdığını açıqlmayab.

    Qeyd edək ki, yayılan məlumatlarda Orxan Nuriyevin Baş Prokuror Kamran Əliyevin kürəkəni olması səbəbindən işdən çıxdığı bildirilir. Bildirilir ki, "Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

    Onu da bildirək ki, bu gün mətbuatda yer alan digər bir məlumatda Orxan Nuriyevin DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunduğu qeyd olunub.
    Yeniavaz.com xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin kürəkəni Orxan Nuriyev Azərbaycan Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.

    Eldar Qasım oğlu Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.

    2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib.

    25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
    Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib.

    2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, ”Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi” xatirə medalları, "Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.

    Onu da bildirək ki, 2017-ci ildə sabiq Vergilər naziri Fazil Məmmədovun əmrilə Cavanşir Eldar oğlu Nuriyev nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktorü təyin olunub. Bildirilir ki, Cavanşir Nuriyev də Eldar Nuriyevin oğludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər