Hamilə müğənni koronavirusa yoluxdu

Hamilə müğənni koronavirusa yoluxdu
  • Mədəniyyət

  • Koronavirus infeksiyası ölkəmizdə bütün fəaliyyət sahələrinin nümayəndələri arasında yayılıb. Bu gün isə şou-biznes nümayəndəsinin də bu xətəliyə yoluxması barədə məlumat əldə etmişik.

    Asiya.az
    nocomment.az-a istinadən xəbər verir ki, gənc və istedadlı müğənni Ülviyyə Namazovanın verdiyi testin cavabı pozitiv çıxıb. Hadisənin maraqlı məqamı ondadır ki, müğənni hamiləliyin son aylarındadır və məhz hamiləliyin növbəti müayinəsi zamanı koronavirusa yoluxduğu üzə çıxıb.

    Hazırda Ü.Namazova Quba regional karantin mərkəzinə yerləşdirilib.

    Müğənni ilə əlaqə saxlamaq, eləcə də xəstəxanadan məlumat almaq cəhdlərimiz baş tutmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər