Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşı: «Şəxsi məsələdir» (FOTO)

Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşı: «Şəxsi məsələdir» (FOTO)
  • Cəmiyyət

  • Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı yayılan xəbərə münasibət bildirib.

    Asiya.az
    xəbər verir ki, Aydın Hüseynov jurnalist Cavanşir Həsənliyə göndərdiyi məktubda diplomat xanımının və özünün adına aldıqları mənzilin şəxsi məsələ olduğunu yazır: "Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir Wall Street-də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın adına əmlak satın almışam".

    A. Hüseynov bunu özü ilə bağlı göndərdiyi məlumatlarla izah edib.

    Məlumatlarda Aydın Hüseynovun The Benchmark Company, LLC biotexnoloji şirkətində icraçı direktor, bundan əvvəl isə Oppenheimer & Co. Inc. şirkətində maliyyəçi analitik kimi çalışdığı qeyd olunur.

    Xatırladaq ki, xanım səfərin "rəisi", nazir Elmar Məmmədyarovun Nyu-Yorkda 4 milyon dollara iki mənzil alması məsələsini də nazirliyin sözçüsü "şəxsi məsələ" kimi şərh etmişdi.

    Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşı: «Şəxsi məsələdir» (FOTO)
    Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşı: «Şəxsi məsələdir» (FOTO)
    Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşı: «Şəxsi məsələdir» (FOTO)
    Nyu-Yorkda mənzil alan səfirin həyat yoldaşı: «Şəxsi məsələdir» (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər