Rövnəq Abdullayevin işçisi oğurluq etdi

Rövnəq Abdullayevin işçisi oğurluq etdi
  • Cəmiyyət

  • "Özünü Dövlət Neft Şirkətinin şöbə müdiri kimi təqdim edən Vüsal adlı bu şəxs mənim şeirimi öz adından paylaşıb, neçə gündür sosial şəbəkələrdə oxucularım çaşqınlıq içindədirlər. Mən özüm də narahatam. Ancaq Vüsal adlı şəxs heç nə narahat görünmür. Görəsən, kimə arxayındır? Qərara gəlmişəm ki, bu adamı məhkəməyə verim".

    Asiya.az
    xəbər verir ki, bu sözləri tanınmış yazıçı, şair Elşad Barat deyib. Onun sözlərinə görə Dövlət Neft Şirkətinin şöbə müdiri Vüsal Əliyev adlı şəxs şairin "Tənha qadın" şeirini öz adından paylaşıb, şeirin ona məxsus olduğunu bildirib və beləcə kütləvi oxucular arasında çaşqınlıq yaradıb.

    Elşad Barat onu da qeyd edib ki, mən öncə bu məsələni bilib təbəssümlə qarşıladım: "Lakin oxucularım məndən narazı olduqlarını bildirdilər. Buna görə sosial şəbəkədə paylaşım etdim, Vüsal Əliyevin səhvini etiraf etməsini və oxucularımdan üzr istəməsini gözlədim. Təəssüf ki, 10 gün keçsə də Vüsal sanki "OĞURLUQ" yaxşı bir şeymiş kimi qarşıladı, açıqlama vermədi, üzr istəmıdi. Bu məsələdə mən özümdən öncə oxucularımın haqqını müdafiə etmək üçün sona qədər gedəcəm. Mənim Neft Şirkətinə qarşı heç bir qərəzli yanaşmam yoxdur. Lakin düşünürəm ki, Neft Şirkətini ictimaiyyətdə təmsil edən bu kadr elə işlədiyi şirkətə qarşı cəmiyyətdə oğurluqla bağlı mənfi rəy yaradır. Elə bil Dövlət Neft Şirkətində oğurluq etmək bu qədər adi hala çevrilib".

    Qeyd edək ki, sosial şəbəkələrdə bu məsələ ciddi narazılıqla qarşılanıb, müzakirələrə səbəb olub, istifadəçilər şair Elşad Baratı müdafiəyə qalxaraq Dövlət Neft Şirkətinin işçisinə qarşı sərt tənqidi ifadələr işlədiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər