Şəkidə aşkarlanan ayıdan xəbər var - VİDEO - FOTO

Şəkidə aşkarlanan ayıdan xəbər var - VİDEO - FOTO
  • Olay / Asiya TV

  • Mayın 31-də Şəki şəhərinin mərkəzində aşkarlanan qonur ayı baytar həkimlərin nəzarətindədir.

    Asiya.az
    azərtac-a istinadən bildirir ki, Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilən ayı normal qidalanır və vəziyyəti getdikcə yaxşılaşır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, qonur ayı Vəhşi Təbiətin Bərpası Mərkəzinə gətirilərkən vəziyyəti o qədər də yaxşı olmayıb. Onun baş nahiyəsində və gözündə xəsarətlər aşkarlanıb.

    "Ayı Şəki şəhərinin mərkəzindən tutularaq Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə gətiriləndə başında yara var idi. Erkək ayıdır. Mütəxəssislər hesab edir ki, xəsarətləri digər ayı ilə döyüşəndə alıb. Bura gətiriləndə yarası yaxşı deyildi. Ayıya hər gün baytar nəzarət edir və yarasına dərman vurulur. Həkimin rəyindən sonra ayı vəhşi təbiətə buraxıla bilər. Bu, kortəbii baş vermir. Ayı tam reabilitasiya prosesi keçəndən sonra təbiətə buraxılacaq", - Arzu Səmədova söyləyib.

    Hazırda mərkəzdə Şəkidən gətirilən qonur ayı ilə yanaşı, iki bala ayı da reabilitasiya dövrü keçir.



    Şəkidə aşkarlanan ayıdan xəbər var - VİDEO - FOTO
    Şəkidə aşkarlanan ayıdan xəbər var - VİDEO - FOTO
    Şəkidə aşkarlanan ayıdan xəbər var - VİDEO - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər