Azərbaycanlı xanım idmançı: “Ərimi o qədər döymüşəm… ”-VİDEO

Azərbaycanlı xanım idmançı: “Ərimi o qədər döymüşəm… ”-VİDEO
  • İdman, Asiya TV

  • ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn Flora adlı idmançı maraqlı açıqlaması ilə diqqət çəkib.

    Asiya.az sport7.az-a istinadən xəbər verir ki, karate ilə məşğul olan xanım dəfələrlə ərini döydüyünü etiraf edib:

    "Ərimi o qədər döymüşəm... Üçüncü övladım öləndə bir hadisə baş verdi: Uşaq öləndə soyuq idi, anama dedim ki, qaynar su ilə ovuşdursaq ayılar. Onda mənə güldü.

    Bir də dəfndə qəbrə torpaq atanda köynəyi çirkləndi. Mənə dedi ki, yuyarsan bunu? Qayıtdım ki, uşağının burnuna torpağın altında qarışqa girdi, onu düşünürsən? Həmin iki hadisə ürəyimdə qalmışdı. Onu döydüm, kimisə köməyə çağırmağa halı belə qalmamışdı.

    Dəfələrlə respublika çempionu olmuşam. İdmanı kimisə döymək üçün öyrənmədim, özümü müdafiə edirdim. Yoldaşımın qardaşları, əmisi dəfələrlə üstümə gəlib. Evdə qadın o olub, kişi mən".

    PAYLAŞ:

    Oxşar xəbərlər