Bir həftəyə 3 kiloya qədər arıqladan çay - RESEPT

Bir həftəyə 3 kiloya qədər arıqladan çay - RESEPT
  • Maraqlı

  • Bəzən yeni həyata başlamaq üçün nədənsə stimul almağa ehtiyac duyuruq. Xüsusilə də qadınlar yeni bir başlanğıc üçün ilk addımı arıqlamaqla başlamaq istəyirlər.

    Amma bu, elə də asan olmur. Asiya.az-ın ailem.az-a istinadən verəcəyi bu çay resepti sizə bu yolda kömək edəcək.

    Bir həftəyə üç kilo arıqladan çay reseptini təqdim edirik.

    Lazım olanlar:


    - 2 qaşıq yaşıl çay

    - 5 mixək

    - 1 çubuq darçın

    - 1 limonun suyu

    - 1 şüşə mineral su

    - 3-4 sm zəncəfil kökü

    - 1 litr su

    Hazırlanması:

    Suyu çaydanda qaynadın və ona yaşıl çayı əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin. Bir şüşə qaba limon suyu, mineral su, darçın, mixək və sürtgəcdən keçirilmiş zəncəfil əlavə edin.

    Hazırladığınız bu qarışımın üzərinə süzgəclə yaşıl çayı da tökün. Bu çaydan gün ərzində istifadə edə bilərsiniz və nəticəsini tez bir zamanda görəcəksiniz.
    PAYLAŞ:

    Oxşar xəbərlər