Masallıda bir nəfər koronavirus xəstəliyindən vəfat etdi

Masallıda bir nəfər koronavirus xəstəliyindən vəfat etdi
  • Araşdırma / Cəmiyyət

  • Bir həftə öncə koronavirus diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Masallı rayonun Ərkivan qəsəbə sakini, 1958-ci il təvəllüdlü Əzizağa Müzəffər oğlu Hüseynov bu gün vəfat edib.

    Karantin müddətində xəstəxana və digər tibb müəssisələrində hər hansısa xəstəlikdən vəfat edən şəxslərin ailələrinə çatdırılması prosesinə
    gəlincə isə TƏBİB-dən Asiya.az-a bildiriblər ki, bu prosesdə cənazənin götürülməsi və dəfn edilməsi üçün ailə üzvlərinə şərait yaradılır. Meyit islam qaydalarına uyğun yuyulur və kəfənlənir. Bundan sonra həmin şəxsin nəşi öz doğmaları tərəfindən karantin qaydalarına əməl edilməklə dəfn edilir.

    Qeyd edək ki, mərhum doğulduğu Masallı rayon Ərkivan qəsəbəsində yerləşən “Təpə” qəbiristanlığında dəfn ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər