Daşkəsən İcra Hakimiyyətindən təkzib

Daşkəsən İcra Hakimiyyətindən təkzib
  • Cəmiyyət

  • Bəzi xəbər portallarında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, uydurulmuş yazı dərc edilib.

    Asiya.az
    xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti həmin yazını təkzib edir.

    ""Demokrat.az" saytında və həmin sayta istinadən bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilib.

    Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.
    Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu kimi xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.

    Kütləvi İnformasiya Vasitələri ilə Baş prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumat yayanlar məsuliyyətə cəlb edilsin.
    Hörmətlə,

    Elmar Əliyev
    Daşkəsən Rayon İcra Hakimiyyətində
    İctimai-siyasi və humanitar məsələlər
    şöbəsinin müdir müavini"
    PAYLAŞ:

    Oxşar xəbərlər