Nazirliyin şöbə müdiri və 6 işçisi koronavirusa yoluxdu

Nazirliyin şöbə müdiri və 6 işçisi koronavirusa yoluxdu
  • Olay

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

    Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVİD-19) testinin nəticələri pozitiv çıxıb: "Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər