İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək

İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək
  • Dünya

  • İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və iranlı general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.

    Asiya.az
    “Haber Türk”ə istinadən xəbər verir ki, bunu İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

    “MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib. O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”, - o bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər