Masallı poçt filialına yeni rəis təyin olunub

Masallı poçt filialına yeni rəis təyin olunub
  • Siyasət / Manşet

  • "Azərpoçt" MMC-də kadr dəyişikliyi baş verib.

    Asiya.az
    xəbər verir ki, "Azərpoçt" MMC-nin direktoru Emin Əfəndiyevin əmri ilə Səfalı Bayraməli oğlu Paşayev Masallı poçt filialının rəisi təyin olunub.

    Qeyd edək ki, Səfalı Paşayev müxtəlif illərdə Rabitə Nazirliyinin cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, "Azərpoçt" MMC-nin cənub bölgəsində baş təlimatçısı və Masallı Poçt Filialının Əməliyyatlar üzrə mühəndisi-rəis müavini vəzifəsində çalışıb.

    S.Paşayev 2000-ci ildən YAP Masallı rayon təşkilatının sədr müavinidir.

    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Səfalı Paşayev Masallı rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "TƏRƏQQİ" medalı ilə təltif olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər