Ronaldo “Yuventus”dan ayrılır - bu klublardan birinə keçir

Ronaldo “Yuventus”dan ayrılır - bu klublardan birinə keçir
  • İdman

  • Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun mövsümün sonunda İtaliya "Yuventus"undan gedəcəyi ilə bağlı daha bir iddia üzə çıxıb.

    Asiya.az
    xəbər verir ki, "Radio Rossonera" məlumatına görə, 35 yaşlı hücumçu Turin təmsilçisindən ayrılmaq niyyətindədir. O, mövsüm bitəndən sonra rəhbərliklə görüşərək, komandadan ayrılacaq.

    Ronaldonun sabiq komandaları İngiltərə "Mançester Yunayted"i və İspaniya "Real Madrid"inə qayıtma ehtimalının yüksək olduğu bildirilir.

    Fransanın PSJ klubunun da ulduz futbolçu üçün mübarizə aparacağı deyilir.

    Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayında 117 milyon avro qarşılığında "Real Madrid"dən "Yuventus"a transfer olunub. Ulduz futbolçunun müqaviləsi 2022-ci ildə başa çatır. (Offsideplus.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər