Asiya.az-ın pravda.az-a istinadən xəbərinə görə, bunu Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov deyib.
"Bir məsələni də qeyd edim, XIV əsrdə taun pandemiya olub. Bu, Avropada 25 milyon insanın həyatına son qoyub. Müxtəlif mənbələrdə qeyd olunur ki, Avropanın 60 faizi tələf olub. Koronavirusa yoluxanların isə heç bir faizi də dünyasını dəyişməyib. Bu virusa yoluxanların sayı 7 milyondan artıqdır, 400 mini dünyasını dəyişib. Düzdür, təhlükəli virusdur, amma geniş vüsət ala bilmir. Biz bundan arxayınlaşmamalıyıq. Azərbaycan həyata keçirilən tədbirlər də bu cür olmamalıdır, insanlara sərbəstlik verilməlidir. Maskanın taxılmamasına görə tətbiq edilən cərimə gülüncdür, bu, hüquqlarımızı pozur. Kütləvi toplaşmağın təhlükəli olduğunu başa düşürük...Bu işin başında həkimlər durmalıdır, Nazirlər Kabineti də köməkçi rolunu oynamalıdır” – Ə.İnsanov qeyd edib.