"Ermənistan öz işğalçılıq siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi" - Məşhur Məmmədov

"Ermənistan öz işğalçılıq siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi" - Məşhur Məmmədov
  • Siyasət / Manşet

  • “Ermənistan Baş nazirinin Kafan – Hadrut avtomobil yolunun tikiləcəyi haqqında ictimaiyyətə açıqladığı layihə sülhə və sabitliyə əngəl yaradır. Bunun çox böyük əngəl olduğunu nəzərə alan Avropa Parlamentinin dünənki Bəyanatı sıradan bir iş deyil. Məqsəd Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasısının beynəlxalq hüquqa zidd olmasını göstərmək idi”.

    Asiya.az
    xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin depuatı Məşhur Məmmədov Avropa Parlamentinin Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand, Azərbaycan və Ermənistan üzrə məruzəçilər xanım Jelyana Zovko və cənab Trayan Basesku ilə birlikdə Birgə Bəyanatla çıxış etmələrinə münasibət bildirərkən deyib.

    Deputat Ermənistanın növbəti dəfə beynəlxalq hüquqları pozduğunu vurğulayıb:

    “Ermənistan yenə də hüquqları pozmaqla məşğuldur. Ancaq Avropa Parlamenti Ermənistanın bu addımının sülh çağırışlarının əleyhinə olduğunu bildirib. Ermənilər hər dəfə sülh balansını pozmağa can atırlar. Ancaq nəticəsi də bəllidir. Növbəti Bəyanat onu deməyə əsas verir ki, Avrop Parlamentinin Qarabağla bağlı ciddi və vahid mövqeyi var. Hesab edirəm ki, Ermənistan öz işğalçılıq siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi. Avropa Parlamentinin məsələyə hüquqi və siyasi rəy verməsi onu göstərir ki, münaqişənin həllini ləngidən riyakarlıq halları avropalı siyasətçilərin diqqətindən yayınmayıb”.

    Məşhur Məmmədov Avropa Parlamentinin bu cür ədalətli mövqe sərgiləməsindən ölkə başçısının nüfuzunu xüsusi qeyd edib:

    “Cənab İlham Əliyevin uğurlu xarici siyasəti bu məsələdə zəruri elementlərdən biridir. Hər dəfə ölkə başçısının səsləndirdiyi fikirlər, qətiyyətli mövqe nümayiş etdirməsi, eləcə də, Dağlıq Qarabağ məsələsində daha kəskin çıxışlar etməsi hər kəsə bəllidir. Bütün bunlar Azərbaycan rəhbərliyinin uzun illər ərzində apardığı konstruktiv, təmkinli və ardıcıl siyasətinin nəticəsidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər