Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərilib

Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərilib
  • Cəmiyyət / Manşet

  • Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov barəsində cinayət işi bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə APA-ya "Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat verib.

    O bildirib ki, ittihamnamə hələ ki məhkəmədə dəyərləndirmə mərhələsindədir: "Dəyərləndirmə mərhələsi davam edənə qədər vəkillərə məlumat verilmir. İlk növbədə məhkəmənin ittihamnaməni dəyərləndirməsi aparılacaq”.

    Qeyd edək ki, M.Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər