ABŞ-da yaşayan tanınmış şoumen Tahir Məmmədovda koronavirus tapıldı

ABŞ-da yaşayan tanınmış şoumen Tahir Məmmədovda koronavirus tapıldı
  • Mədəniyyət

  • Televiziya aparıcısı Tahir Məmmədova koronavirus Covid-19 diaqnozu qoyulub.

    Asiya.az
    "Xəstə olmaq heç də yaxşı deyil! Özünüzü qoruyun ", - Məmmədov pərəstişkarlarına yazıb.

    O, özündə xəstəliyin hansısa əlamətlərinin olub-olmadığını qeyd etməyib. İzləyiciləri ulduza tezliklə şəfa tapmaq diləyib və ona mənəvi dəstək verməyə çalışıblar.

    Qeyd edək ki, Tahir Məmmədov 2 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. Atası Namiq Məmmədov azərbaycanlı, anası Nina Mixaylovna isə erməni milliyətlidir. Tibb texnikumunu bitirdikdən sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçüb və ROSNOU-da "Psixoloqiya" fakültəsində təhsil alıb. Universitetdə oxuduğu zamanda Tahir Məmmədov KVN oyunlarəna qoşulub və "RosNou" komandasının heyətində çıxış edib. Daha sonradan Tahirin valideynləri boşanıb, Tahir isə Rusiya vətəndaşlığı alıb və Moskvada qalıb. 2011—2012-ci illərdə Moskvada etiraz hərakatında fəal iştirak edib.
    2005-ci ildə Tahir Məmmədov rus pasportunda adını "Tair Mamedov" ilə əvəz edib. Bundan sonra Tair adı ilə "Comedy Club" proyektində çıxış etməyə başlayıb. Tanınmağa başlayan bu zaman ərzində populyarlaşıb, bir neçə realiti-şouda iştirak edib, paralel olaraq digər verilişlərdə aparacılıq edib. 2008-ci ildə Tair "Comedy CLub"u tərk edib və Rusiyada "Çox rus detektivi" filmində çəkilib. Bu filmdə Tahir həm aktyor, həm prodüsser, həm də ideya müəllifi kimi çalışıb. Bundan sonra o Rusiyanın birinci kanalında (ORT) bir neçə verlişdə aparıcılıq edib. Bundan sonra bir müddət Tahir televiziya verilişlərindən ayrılıb və şoumen kimi çalışmağa başlayıb.

    2011-ci ildən Rusiyada MTV telekanalında vj kimi çalışıb və müxtəlif verilişlərin aparıcısı olub.

    2013-cü ildə Moskvanın meri seçkilərində müşahidəçi olub, sonra həminki ilin sonunda ABŞ-da mühacirət edib, Los-Ancelesdə yaşayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər