Baş prokurorun yeni müavini kimdir? - DOSYE

Baş prokurorun yeni müavini kimdir? - DOSYE
  • Cəmiyyət

  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokurorun müavini vəzifəsinə təyin olunub...

    Asiya.az
    Baku.ws-ə istinadən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Vidadi oğlu Məmmədov haqqında bəzi məlumatları oxuculara təqdim edir:

    Məmmədov Heydər Vidadi oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuş, 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.

    2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər prokurorluğunda, Bakı şəhəri Nəsimi, daha sonra Nizami rayon prokurorluqlarında müstəntiq vəzifəsində işləmişdir.

    2012-2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində işləmişdir.

    2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışmışdır.

    17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.

    Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir, həmçinin prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmışdır.

    Ailəlidir. İki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər