Məhkum jurnalisti “Kriti”-yə göndərməklə hədələyirlər

Məhkum jurnalisti “Kriti”-yə göndərməklə hədələyirlər
  • Araşdırma / Cəmiyyət

  • Xatırlayırsınızsa bir ay öncə saytımızda “Jurnalist cəza çəkdiyi müəssisədə aclıq aksiyasına başladı - FOTO” “Aclıq edən məhkumların sayı çoxaldı – Azərbaycanda” başlıqlı xəbər dərc etmişdik.

    Həmin xəbərlər Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Qənimət Məmmədov və digər məhkumların rejim qaydalarının pozulması, müəssisədə qiymətlərin süni qaldırılması, tibbi xidmətin lazımınca olmaması, müəssisə rəhbərliyinin ona hədə-qorxu gəlməsinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlamasından bəhs edirdi.
    Bu xəbərlərdən sonra uzun müddət idi ki, şikayətçi məhkumların sonrakı aqibətindən xəbərimiz yox idi.

    Bu gün Asiya.az Qənimət Məmmədovun anası Sehri Məmmədova ilə əlaqə saxlayıb. Sehri Məmmədova bildirdi ki, oğlu 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayandan 3-4 gün sonra, may ayının 22-də zorla Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilib.

    “Qənimət 2 saylı Cəzaçəkmə Müəssisəsinə aparılan günü heç bir səbəb olmadan 10 sutka “kars”la cəzalandırılıb. İyun ayının 1-də “kars”-dan “zon”a buraxılsada müəssisə rəhbərliyi ona gün verir, işıq vermir.

    Müəssisədə əməliyyatçı işləyən Ədliyyə baş leytenantı Sənan Əliyev Qəniməti hədələyir ki, “sən azadlıqda olarkən Ucar rayonundan olan mənim qohumlarım haqqında tənqidi yazılar yazmısan, mən də səni şərlədib, “Qobustan Kritisi”-nə göndərəcəm”.

    Qəniməti qəbul edərkən müəssisə rəisi Tahir Yusifov da eyni hədələyici sözləri söyləyib”.

    Asiya.az Penitensiar Xidmətin mövqeyini də dərc etməyə hazırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər