“Tikinti aparılan ərazilər dərhal bombalansın” - İqbal Ağazadə

“Tikinti aparılan ərazilər dərhal bombalansın” - İqbal Ağazadə
  • Siyasət

  • “İşğal ərazilərində aparılan bütün tikinti sahələri havadan bombalansın. Düşmən anlasın ki, bu torpaqlardan kimsə vaz keçməyib. Ermənistanın apardığı tikinti işləri beynəlxalq hüquq normalarına ziddir”

    Asiya.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

    Pariya sədri bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan əraziləri ilə əlaqə üçün Zəngilan ərazisindən üçüncü yol çəkir, bizim başqa yolumuz yoxdur, ya aktiv müharibəyə başlayıb torpaqlarımızı işğaldan azad etməliyik, ya da orda aparılan bütün tikinti sahələri havadan bombalanmalı və durdurulmalıdır:

    “Bundan əvvəl isə Laçın və Kəlbəcər ərazisindən analoji yol salınıb. Avropa Birliyindən də salınan yolla bağlı etirazlar eşidilir və Ermənistanın atdığı bu qeyri-qanuni addımı qınanılır. Hələ xeyli əvvəl bəyan etmişdim ki, Azərbaycan işğal olunmuş ərazilərdə tikinti aparan Ermənistan tərəfini durdurmalıdır. Biz torpaqlarımızı kimsəyə güzəştə getməyəcəyik. İndi azad edə bilmirsinizsə, gələcəkdə problem yaranmasına şərait yaratmayın”.

    İ.Ağazadə vurğulayıb ki, Zəngilandan çəkilən yolun böyük strateji əhəmiyyəti var: “Ərazini tanıyanlar bilir ki, biz hərbi əməliyyatlara başlayanda Zabux keçid məntəqəsi separatçılara dəstək üçün yetərli olmayacaq. O cümlədən, Kəlbəcərdən də məsafə və keçid imkanları əlverişli deyil. Durdurun bu tikintiləri! Onların kommunikasiya imkanlarının genişlənməsi sabahkı savaşda daha çox insanımızın itkisi ilə nəticələnəcək. Heç olmasa buna imkan verməyin, həll etmədiklərinizi biz həll edəndə barı müşküllərimiz az olsun! Biz onsuz da torpaqlarımızı işğaldan azad edəcəyik, işimizi çətinə salmayın”.

    PAYLAŞ:

    Oxşar xəbərlər