Bakıdakı dünya çempionatının tarixi açıqlandı

Bakıdakı dünya çempionatının tarixi açıqlandı
  • İdman

  • Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

    Asiya.az xəbər verir ki, COVID-19 pandemiyası səbəbi ilə 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bu gün video-konfrans formatında keçirilmiş iclasında qəbul edilib.

    Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

    Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin pandemiya ilə əlaqədar digər yarışlar kimi, bu yarışlar da təxirə salınmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər