Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi- FOTO

Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi- FOTO
  • Cəmiyyət / Manşet

  • Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.

    ÜST ofisindən Asiya.az-a daxil olan mətində deyilir:

    "Əziz dostlar,

    Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

    Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

    İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

    Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

    Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi- FOTO
    Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi- FOTO
    Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi- FOTO
    Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi- FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər