Milli Məclisdə 2 nəfərdə koronavirus aşkarlandı

Milli Məclisdə 2 nəfərdə koronavirus aşkarlandı
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikasının Milli Məclisində “COVİD-19” koronavirus infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

    Asiya.az
    xəbər verir ki, Parlamentin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb:

    "Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.

    Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edirlər. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir".
    PAYLAŞ:

    Oxşar xəbərlər