Təhsilimizin növbəti biabırçılığı - Baytara vəzifə verildi

Təhsilimizin növbəti biabırçılığı - Baytara vəzifə verildi
  • İqtisadiyyat / Manşet

  • Müxtəlif qruplaşmalar arasında intriqalar meydanına, pərdəarxası çəkişmələrinə meydan olan Təhsil nazirliyi özünütəcrid günlərində də köhnə ampulasındadır.

    Əslində nazirlik özünü cəmiyyətdə gedən proseslərdən çoxdan təcrid edib. Ceyhun Bayramov – Məhəbbət Vəliyeva tərəfdarlarının mübarizə meydanına çevrilən nazirlikdə təhsilimizin inkişafı karantin altına alınıb.

    Ceyhun Bayramovun nazir təyinatından keçən müddətdə növbəti bir islahat piarının fiaskoya uğradığının şahidi olduq. Sistem nəinki yenilənmədi,əksinə uzun illər burada isti yuva qurmuş korrupsioner məmurların yenidən himayə olunması nəticəsində uçurumun kənarına bir az da yaxınlaşdı. “Mehriban düşmənlər” kimi üz-üzə duran C.Bayramov və M.Vəliyeva öz mövqelərini möhkəmləndirmək üçün qüvvələr nisbətini xeyrinə dəyişmək üçün öz yaxınlarını nazirliyə doldururlar. Azərbaycan təhsili bir neçə qruplaşmanın çəkişmələr meydanına çevrilib, naşı kadrların əlində məhv edilir.

    Asiya.az rubrika.az saytına istinadən xəbər verir ki, bu ilin yanvarında C.Bayramovun əmri ilə Orxan Abbasov nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini təyin olunub. İlk baxışda burada qeyri-adi bir şey yoxdur. Sıradan bir kadr dəyişikliyi kimi də yanaşmaq olar. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, nazirlikdə çalışanların böyük əksəriyyəti kimi Orxan Abbasovun da təhsil sahəsinə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Bu adam kənd təsərrüfatı üzrə mütəxəssisdir – baytardır. Yəni C.Bayramovun təhsil sisteminə yanaşması bundan uzağa getmir. Yəqin ki,yaxın vaxtlarda məktəblərdə ətlik və südlük inəklərin də yetişdirilməsinə başlanılacaq. Hətta C.Bayramov O.Abbasovun mövqelərini möhkəmləndirmək üçün atasını kollec direktoru da təyin edib. Bax beləcə canlanır hər qarış çöl Sumqayıtda…

    “Bu günlərdə bütün sahələrdə olduğu kimi təhsil sistemində də pandemiya qanunları hökm edir” demək istəyirdik ki, aldığımız məlumatlar bizi fikrimizdən daşındırdı. Məktəblərin birinci siniflərinə qəbul prosesində baş verənləri eşidəndə həm təəccübləndik, həm də yox. Əslində elektron qaydada aparılan bu prosesdə şıdırğı alverin getdiyi bildirilir. Paytaxtın prestijli məktəblərinə uşaq qəbul etdirmək Avropanın qabaqcıl universitetlərinə qəbuldan çətin olub. Məktəblərdə heç bir karantin qaydaları gözlənilmədən şıdırğı sövdələşmələr aparılır. Təbii ki, bütün bunlar Təhsil nazirliyinin-şəxsən nazirin gözləri önündə baş verir. C.Bayramov öz baytar yaxınlarını nazirlikdə vəzifəyə gətirmək əvəzinə belə biabırçılıqlara son qoysaydı daha yaxşı olmazdımı?

    “Ulduz” filminin məhşur epizodunu xatırlayırsınızmı?

    -“Kadrlardan düzgün istifadə etmək lazımdır. Adam var ki, yeri tarladır, adam da var ki…

    -Toyxana !

    -Xeyr,rəhbərlik!
    PAYLAŞ:

    Oxşar xəbərlər