“Messi, mən səni sevirəm” deyən Sabirə nənə vəfat etdi - VİDEO

“Messi, mən səni sevirəm” deyən Sabirə nənə vəfat etdi - VİDEO
  • İdman / Asiya TV

  • Ən böyük arzusu Messini görmək, ya da yazdığı qalaq-qalaq məktublardan heç olmasa birinə cavabın verilməsiydi. Amma olmadı. Nə Messini görə bildi, nə də... Polkovnik də çox gözlədi, amma məktub gəlmədi.

    Sabirə nənəylə görüşəndə (üç il öncə) 87 yaşı vardı (sənəddə 87 idi, amma özünün dediyinə görə, 91 yaşı vardı). "Barselona”nın fanatı idi, Messini isə dəlicəsinə sevirdi. Nəvələri "Real” azarkeşləriydi deyə, evdə "Barselona”ya, Messiyə aid şəkillər, atributlar məhv edilmişdi. Amma nənə bir az əldən iti tərpənib Leonun yarısı cırılmış şəklini, "Barselona”nın bayrağını gizlədə bilmişdi. Hə bir də Messinin silueti əks olunan stəkanı özündə saxlamışdı. Nəvələri yanında olmayanda o stəkanla çay içir, evə kimsə gələndə isə cibində gəzdirərdi. "Messi səni çox sevirəm, sən nə qədər mənim məktublarıma cavab yazmasan da...”

    Leonun stəkana həkk olmuş şəklinə tez-tez baxır, köks ötürərdi. "Mənim kimi o qədər azarkeş var ki, yazıq kimə vaxt ayırsın”,- deyib özünə təsəlli verər, boş otaqlarda var-gəl edərdi. "Barselona”nın oyunu olan gün isə həmişə fəlakət idi. Nə zaman komanda uduzurdusa, həyacanlanırdı, ürəyi ağrıyır, hətta dəfələrlə üstünə təcili yardım gələrdi.

    Sabirə nənə artıq həyatda yoxdu. Messini sevən ürəyi dayandı. Onun ölüm xəbərini eşidən gün "Barselona”nın "Leqanes”lə ̧ matçı vardı. Messi qol vurdu və həmişəki ritualını - hər qoldan sonra işarət barmaqlarını göyə qaldıraraq nənəsinin ruhuna təşəkkür etdi. Amma mənə elə gəldi ki, həmin an Leo ona da - Messini sevən, evdə tək olanda şəkliylə söhbət edən, məktubları cavabsız qalan Sabirə nənəyə də təşəkkür etdi.

    Ruhun şad olsun, nənə!..

    Ramin Deko


    PAYLAŞ:

    Oxşar xəbərlər