Şəkiliyev vətəndaşın haqqına necə girib...-GİLEY (YENİLƏNİB)

Şəkiliyev vətəndaşın haqqına necə girib...-GİLEY (YENİLƏNİB)
  • Sosial / Araşdırma

  • Qax rayonu Qıpçaq Bələdiyyəsinin sabiq sədr müavini, Qax rayonu Qıpçaq kənd sakini Azər Abdullayev özünün Facebook sosial şəbəkəsində icra başçısı Musa Şəkiliyevə və Qıpçaq bələdiyyə sədri Aydın Qurbanova qarşı sərt ittihamlar səsləndirib. Azər Abdullayevin sözlərinə görə, onların ailələrinə məxsus 40 sot rəsmi sənədi olan və 68 sot sənədi olmayan torpaq ərazisi icra başçısı Musa Şəkiliyevin göstərişi ilə əllərindən alınıb.

    Belə ki, 2018-ci ildə Qıpçaq Bələdiyyəsinin sədri olmuş Aydın Qurbanov icra başçısının göstərişi ilə həmin 15 hektar ərazini saxta yolla hazırlanmış 50 illik icazə müqaviləsi ilə Bakı şəhəri sakini Elnur Məmmədova satıblar. Həmin ərazidə qanuni çıxarışllı dövlət aktı olan və vətəndaşlar Əkrəm Abdullayev, Tərlan BayramovAdilə Abdullayevaya məxsus ərazilər faktiki olaraq, Elnur Məmmədovun istifadəsinə verilib.

    Asiya.az xəbər verir ki, bu barədə Adilə Abdullayeva Qax rayonu İcra Hakimiyyətinə gedərək, icra başçısı Musa Şəkiliyevin qəbuluna düşsə də, icra başçısı qadını təhqir edərək otağından qovmuşdur.

    Məsələ ilə bağlı dəfələrlə etiraz etmək istəsə də, Azər Abdullayevi şantaj və hədə-qorxu ilə susdurmağa çalışıblar və onun əleyhinə 20 nəfər Qax sakininin şikayət ərizəsi olduğunu və torpaq məsələsi barədə danışacağı təqdirdə, həmin şikayət ərizəsini prokurorluq orqanlarına göndərəcklərini və Azər Abdullayevi həbs etdirəcəklərini bildiriblər. Bütün bu təqiblərdən canını qurtarmaq üçün Azər Abdullayev hazırda Bakı şəhərinə yerləşmək məcburiyətində qalıb.Qax.org.az

    Qax Rayon İcra Hakimiyyəti Asiya.az-a məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib.

    “A.Abdullayev əlindən alındığını iddia etdiyi 0.68 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur ki, o həmin torpaq sahəsini qeyri-qanuni zəbt etməklə istifadə etmişdir. 0.40 hektar torpaq sahəsi isə özünün mülkiyyətindədir və hazırda da istifadə edir. Həmin torpaq sahəsinin hər-hansı təsirlə onun əlindən alınması mümkün deyildir. Paylaşımda qeyd etdiyi 3 nəfərin mülkyyətində olan 15 hektar torpaq sahəsi onların əlindən alınması ilə bağlı bildiririk ki, sözügedən torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsi olmuşdur ki, vətəndaşlar ərazini zəbt edərək qeyri-qanuni şəkildə istifadə etmişlər. Bələdiyyə torpaqlarının istifadəyə və ya icarəyə verilməsi bələdiiyyələrin müstəsna səlahiyyətlətinə aid olduğundan heç bir kənar müdaxilə olmadan həmin torpaq sahəsi Qıpçaq bələdiyyəsi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan vətəndaşına icarəyə verilmişdir.

    Eyni zamanda qeyd edirik ki, A.Abdullayev Qıpçaq bələdiyyəsində işlədiyi dövr ərzində işinin öhdəsindən gələ bilmədiyinə, qabiliyyəti və davranışı ilə kənd əhalisnin rəğbətini qazana bilmədiyinə, vətəndaşlardan yığılmış torpaq vergisinin büdcəyə daxil edilməsində qayri-qanuni hərəkətlərə yol verdiyinə görə son seçkilərdə ona haqlı olaraq əhali tərəfindən etimad göstərilməmişdir. Ona qarşı şantaj, hədə-qorxu hərəkətləri edildiyindən yox, əhali arasında nüfuzunu itirdiyinə və ailə daxili münaqişə səbəbləri üzündən Bakı şəhərində müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdır. Ona görə də vətəndaşın fikirlərinin tam əsassız və böhtan xarakterli olduğunu bildiririk”.
    PAYLAŞ:

    Oxşar xəbərlər