“Emin 444”ün qətlində təqsirləndirilən dünya çempionunun - İFADƏSİ

“Emin 444”ün qətlində təqsirləndirilən dünya çempionunun - İFADƏSİ
  • Hadisə

  • Kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovu qətlə yetirməkdə təqsirləndirilən, idman ustası, dünya çempionu olmuş Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə davam etməkdədir.

    Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

    Asiya.az xəbər verir ki, "BakuPost"un məlumatına görə, istintaqa ifadə verən Zaur Yusifov ona ittihamla özünü təqsirli bilməyib. O ilk dəfə istintaqa ifadə verməkdən imtina edib. Bildirib ki, Binəqədi RPİ-də Həsən Tağıyevə verilən amansız işgəncə nəticəsində onun əleyhinə ifadə alınıb: “Hər zaman hər iki şəxsi barışdırıb, mehriban olmasını istəmişəm, istintaqın saxta və fiziki təzyiqlə alınmış ifadəyə istinad edərək mənə xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı əsassız ittiham verdiyini, həmin ərazidə olan yaşayış binasının müşahidə kamerasının bilərəkdən götürülmədiyini, mənə törətmədiyi əmələ görə qanunsuz ittiham verildiyini, verilən ittihama etiraz əlaməti olaraq istintaq hərəkətlərində iştirak etməkdən və ifadə verməkdən imtina edirəm. Emin Səfərovla Həsən Tağıyev arasında olan münasibətləri səciyyələdirən hallar aydınlaşdırılarsa, müşahidə kameraları götürülərsə, istintaq hərəkətlərində iştirak etməyə hazıram”.

    1 aydan sonra ifadə verən Zaur Yusifov bildirib ki, Həsən Tağıyevi uzun illərdir tanıyır: “Həsən uzun müddət məndən kikboks üzrə dərs alıb. Həsənlə münasibətim həmişə yaxşı olub. Həsən tez-tez onun çayxanama gəlib. Səfərov Emin Ehtiram oğlunun 1 ildən artıq olar ki, qardaşı Elçinə görə tanımışam. Belə ki, Elçin uzun illər onun yaşadığı evin qarşısında olan 5 mərtəbəli binada yaşayırdı. Elçinlə mənim münasibətim həmişə yaxşı olub. Emin isə uzun müddət məhkumluq həyatı yaşayıb, həbsdən çıxıb evimizin yaxınlığında binada qalıb. Həmin müddət ərzində Emini tanıdım, normal münasibətimiz olub. Eminin toyunda isə qardaşım Zamin iştirak edib. Emin Binəqədi polis İdarəsində saxlanılan zaman Həsən vasitəsi ilə bir neçə dəfə yemək, 200 manat pul göndərmişəm. Emin həbsdən çıxandan sonra 2019-cu ilin aprel ayının sonlarında bir dəfə polis sahə müvəkkili mənə zəng edib Eminin telefon nömrəsini istədi. Mən də Elçinə zəng edib Eminin nömrəsini polisin istədiyini dedim. Elçində Eminin nömrəsini verdi. Bu zaman Emin özü mənə zəng edib kimin axtardığını soruşdu, mən də Eminə 7-ci PB-nin müavinin onu ev dustaqlığına görə axtardığını, zəng edib müavinlə mehriban danışmasını dedim. Təxminən 1 saat sonra mən “Nargilə” çay evində olan zaman Emin çay evinin yanında olan moykaya gəlib avtomobilini yuduzdurdu, Emin mənə qışqıraraq “Həci təksən? Gəlim yanına dərtləşək” sözlərini dedi. Mən özüm moykanın yanına gəldim, Eminlə ayaqüstü söhbət etdik. Emin mənə müavinlə görüşdüyünü, həmçinin “Həci, məni məhləmizdən kimsə polisə satır” sözlərini dedi. Belə ki, 2 gün əvvəl Emini polislər saxlamışdı. Eminə ətrafında olan uşaqlardan şübhələnməsini dedim, eyni zamanda təzə ailə həyatı qurduğunu, Eminə bir yaxın kimi bütün həyatını ailəsinə sərf etməsini məsləhət verdim. Həmin vaxtı təsadüfən Həsən bizə yaxınlaşıb salam verdi, bu zaman Emin acıqlı formada Həsənə “görürsən söhbət edirik, söhbətimizə icazəsiz daxil olub mane olursan” dedi. Bu sözlər Həsənin xoşuna gəlmədi və Həsən ərk edib yaxınlaşdığını bildirdi. Mən Həsənə kənarda durmasını deyib, Eminin avtomobilinə oturdum. Həmin gün Elçinə zəng edib Eminlə arasımızda olan söhbəti danışdım. Elçin mənə “Eminə deyəcəm, gəlib sənin könlünü alacaq, sən də onun könlünü alarsan, biz qardaşıq” sözlərini dedi”.

    Təqsirləndirilən dünya çempionu deyib ki, həmin gün Həsən evlərinin qarşısına gəlib: “Həsənə Emini görəndə mehribançılıq etməsini, aralarında anlaşılmazlıq olduğunu dedim. Bir az həyətdə Həsənlə söhbət etdik, Emin avtomobili ilə evinin qarşısına gəldi. Emin ona “Həci, otur maşına, söhbət edək” dedi. Mən də Eminin avtomobilinə qabaq sağ oturacağa əyləşdim, bu zaman Həsən Eminin arxasında arxa oturacaqda oturdu. Həmin vaxt Emin acıqlanıb Həsənə “sən niyə oturdun maşına, düş aşağı” dedi, lakin Həsən avtomobildən düşmədiyi üçün Emin söyüşlə qışqıraraq Həsənə maşından düşməsini, yoxsa vuracağını dedi. Emin yüksək səslə qışqırdığı üçün səsə qardaşım Zamin gəldi. Zamin Eminə “Emin qaqa, nə olub, niyə qışqırırsan” dedi, Emin isə Həsəni göstərib, “gəl bunu maşından rədd elə, vurub qanına-qaltan edəcəm” bildirdi. Zamin qapını açdı, Həsən də düşdü. Emin də bu zaman telefonla kiməsə zəng edib “Həsən mənə hörmətsizlik elədi, onu gəlin tapın, vurub cırıq-cırıq edin” sözlərini dedi. Həmçinin pəncərədən Həsənə “qayıdım, səni qanına-qaltan edəcəm” sözlərini bildirdi. Yolda olan zaman Emin mənə “Həsəni qudurtmusan, mənim sözümü eşitmir, hörmətsizlik edir” dedi, mən də Emini sakitləşdirməyə çalışdım. Eminə “sən tutulanda Həsən sənə nə qədər yemək daşıyıb, çörək gətirib, həmişə hörmətinizi saxlayıb”. Həmin vaxt Emin avtomobili Sədərək yolu istiqamətində sürdü. Həmin vaxt Emin kimlərəsə yığıb “Həsən “qad”dı, onu tapın vurun, mənə hörmətsizlik edib” dedi”.

    Z. Yusifov qeyd edib ki, həmin günü Eminin qardaşı Elçinlə də telefonda danışıb, Həsənə də zəng edib evdən bayıra çıxmamasını deyib: “Evə çatanda Həsən bizdəydi. Ona dedim ki, narahat olma barışıq eləyəcəm. Həsəni yaşadığı evə yola saldım və bir müddət 6-cı mkr-na gəlməməsini dedim. Hər dəfə Eminlə rastlaşanda o mənə “Həsəni mənimlə görüşdür, qoy mən onun başına bir sillə vurum ki, hamıya dərs olsun, mənə heç kim hörmətsizlik edə bilməz”. Mən də hər dəfə Eminə Həsənin pis oğlan olmadığını, həm də Həsənə isə Eminə hörmətlə yanaşmasını, çalışıb münasibətlər düzəlməyənədək üz-üzə gəlməmələrini, soyuqluq aradan qalxandan sonra onları stol arxasında bir tikə çörək kəsdirib barışdıracağını dedim. Eminə birlikdə Həsənlə görüşməyi təklif etdim. Emin isə Həsənlə tək görüşmək istədiyini dedi.

    09.05.2019-cu il tarixdə günorta saatlarında Həsənlə birlikdə evdə təmir işləri gördük. Axşam saat 17-18 radələrində Həsənlə evdən çıxıb “Nargilə” çay evinin qarşısına getdik. Mən marketə girəndə Həsən isə moykada işləyən oğlanlarla söhbət edirdi. Bu zaman kimsə mənə “Emin Həsəni maşına otuzdurub aparır” dedi. Qaçaraq marketdən çıxıb avtomobilə yaxınlaşdım və sükandan tutub Eminin avtomobili sürməsinə imkan vermədim. Eminlə olan söhbətlərimi tez-tez Elçinlə “Votsap” proqramı ilə danışdım. Elçin məsələni özü yoluna qoyacağını bildirdi. Hava qaralan zaman Emin avtomobili ilə evinin qarşısına gəlib siqnal verdi, mən bayıra çıxanda Emin ona “Həci, Həsəni ver, 5-10 dəqiqə aparım, maşnda söhbət edib gətirirəm” dedi. Mən Eminin Həsəni vuracağını bildiyim üçün Eminə “get məktəbin yanında, parkda olan çayxanaya, Həsəni də götürüb oraya gələcəm, söhbət edərik” dedim. Emin mənə “Nargilə” kafesində oturub gözləyəcəyini, Həsəni gətirməyənədək kafedən çıxmayacağını bildirdi. Mən də Eminə kafedə adamların çox olduğunu, parka getməsini demişdir. O, evdə Həsənə “Eminlə görüşəndə mehribançılıq edərsən, könlünü alarsan, sənə nəsə desə, yola verərsən, heç nə deməzsən” dedim, Həsən isə “mənim heç bir günahım yoxdur, niyə ondan üzr istəməliyəm, ama sənə görə yola verərəm” dedi. Həsənlə evdən çıxıb parka getdik. Bu zaman “Nargilə” kafesini işlədən Qara ləqəbli Təbriz mənə zəng edib “həci sənə mesaj yazmışam, oxudun?” dedi, mesajda “Emin kafeyə gəlib, deyir ki, burdan çıxmayacam, həciyə deyərsiz, kafeni gəlib məndən təhvil alar” yazılmışdı. Mən həmin mesajı kopyalayıb Elçinə göndərmiş və “Eminin elədiyi hərəkətə bax, mən sizə qardaşlıq etmişəm” yazdım. Elçin yazını oxuyan kimi ona zəng edib “Həci üzürlü hesab elə, sən bizim qardaşımızsan, Eminə zəng edib ağzımdan çıxan sözü deyəcəm, zaryadkam qurtarır, səni yığacam, narahat olma bu söhbəti bir dəfəlik qurtaracam” dedi. Həsənlə birlikdə atamın evinin qarşısına yaxınlaşdım, Həsənə “mən girirəm atamgilə, bu gün atamın ad günüdü, sən də get evinizə” dedim. Təxminən yarım saat ərzində qapı zəngi oldu, atam qan içində qışqıraraq həyət daxil olub “məni vurdular, ölürəm, onlar orada bir-birini qırırlar” dedi. Mən həyəcanlı bayıra çıxdım, qardaşım isə atasının yanında dayandı. Çölə çıxdıqda gördüm ki, Eminin avtomobili səkinin üzərində əyri şəkildə qalıb. Maşına yaxınlaşanda gördüm ki, Həsən isə ayaqüstə Emini bıçaqla vurur, Emin əl-qol atıb özünü müdafiə edir. Mən Həsəni ayağının diz nahiyyəsi ilə vurub uzaqlaşdırmaq istədim, bu zaman hiss etdim ki, sol ayağına nəsə dəydi. Həmin vaxt Həsən qışqıraraq mənə “Həci məni burax, bu məni canımdan bezdirib, məndən əl çəkmir” dedi. Mən Həsəni Eminin üzərindən kənarlaşdırdım. Həmin vaxt Həsənə hirsli şəkildə “allah bəlanı versin, niyə belə etdin” sözlərini dedi. Həmin vaxt ətrafda olanlara təcili tibbi yardım çağırmalarını, Emini xəstəxanaya aparmalarını yalvararaq qışqırıb, bununla yanaşı hadisə barədə polisə məlumat vermələrini də xahiş etdim. Daha sonra atamla birlikdə 7-ci PB-nə gedib hadisə barədə məlumat verdik”.

    İdman ustası bildirib ki, Emin Səfərova xəsarət yetirməyib, ümumiyyətlə hadisə vaxtı orada olmayıb: “Eminlə aramda olan mübahisə zamanı üzərində odlu silah olmayıb, ümumiyyətlə hər zaman gənclərə də bir əməkdar məşqçi kimi bıçaqdan, silahdan kənar durmağı tövsiyə etmişəm. Emin Səfərov hər zaman qanunsuz hərəkətlər edərək Həsəni bu həddə çatdırıb. Mən hər zaman Eminin qanunsuz hərəkətlərindən yayınmağa, daha çox sülh tutmağa çalışmışam, hətta qardaşı Elçin və şəxsən özünə dost qardaş kimi yaşamağı məsləhət görmüşəm. Emin Həsəni açıq şəkildə bezdirib”.

    Zaur Yusifov onun barəsində sələmçi adı qoyanlara münasibət bildirib: “Sələmçilik söhbəti Eminin ailəsi tərəfindən istintaqı çaşdırmaq üçün ortaya atılıb, məqsəd Eminin özbaşına, qanunsuz, cinayətkar əməlinin istiqamətini dəyişdirməkdir. Mən Emindən fərqli olaraq hər zaman imkansızlara kömək etmişəm, dini inancla davamlı məşğul olduğundan tam bəllidir ki, sələm müsəlmanın ən böyük günahıdır. Mən həyatında bir manat belə sələmə pul verməmişəm, gəlir əldə etməmişəm”.

    Qeyd edək ki, məlum qətl hadisə 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Haşımov küçəsində baş verib.

    1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.

    Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.

    Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
    O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adam olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər