“Göyçay polisi oğlumu şərləyərək həbs etdi”

“Göyçay polisi oğlumu şərləyərək həbs etdi”
  • Sosial / Araşdırma

  • “Göyçay RPŞ-nin rəis müavini Fəxri Aslanov aldığı 35000 manat rüşvətə görə Səbuhini barışığa təhrik və məcbur edirdi. Səbuhi buna razı olmadığı üçün 17 iyun 2020-ci il tarixdə qanunsuz həbs edilərək polis şöbəsinə aparılb və ağır işgəncə verilib”.

    Bu sözlər Asiya.az-ın elektron ünvanına Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyeva Akifə Tahir qızı tərəfindən göndərilən şikayət məktubunda qeyd edilib.

    Şikayətçi yazır:

    “Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Ombudsman Səbinə xanım Əliyevaya müraciət edirəm.

    Mənim övladım Quliyev Səbuhi Fəxrəddin oğlu 17 iyun 2020-ci il tarixdə heç bir qanunu əsas olmadan həbs edilərək ona ağır işgəncə verilib. Onu Göyçay Rayon Polis Şöbəsində rəis müavini Fəxri Aslanov vəhşicəsinə döyüb dişlərin sındıraraq ağır bədən xəsarəti yetirib.

    Belə ki, təxminən 3 ay əvvəl oğlum Səbuhinin bir qrup harınlamış imkanlı şəxslər tərəfindən döyülərək xəsarət almasına görə Göyçay RPŞ-də cinayət işi açılmış, istintaq aparılır. Oğlum Səbuhini döyüb ona xəsarət yetirən şəxslər cinayət işinə xitam verilməsi üçün rəis müavini Fəxri Aslanova 35000 manat pul veriblər. Rəis müavini buna görə dəfələrlə Səbuhiyə təklif edib ki, şikayətçi olmasın işə xitam verilsin. Səbuhi buna razı olmayıb cinayət törətmiş həmin imkanlı şəxslərin qanunu qaydada cəzalanmasını tələb edib və buna görə mərkəzi orqanlara şikayətlər edib.

    Buna görə də polis rəisi Fəxri Aslanov polis serjantı Tural Nuriyevi öyrədəib təlimatlandırıb oğlum Səbuhini təhqqir etdirib onu dava salmağa təhrik ediblər. Ancaq Səbuhi təxribata getməyərək sakit dayanıb deyə çirkin planları baş tutumur. Bundan sonra polis serjantı Tural Nuriyev dahada bərkdən səs-küy salır. Pusquda dayanmış polislər dərhal oğlum Səbuhini həbs edib şöbəyə aparırlar.

    Əli qandallı olan oğlum Səbuhini rəis müavini Fəxri Aslanov vəhşicəsinə döyərək dişlərini sındırır ona ağır bədən xəsarəti yetirir.
    Biz bunu Səbuhini 18 iyun 2020-ci il tarixdə Göyçay rayon məhkəməsinə gətirilən zaman gördük o özü bunu bizə dedi.
    Polis rəisi Fəxri Aslanovun məqsədi oğlum Səbuhini cinayət işi üzrə barışığa təhrik edib aldığı 35000 manatı rahat həzm etməkdir.
    Göyçay rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə Səbuhiyə 8 gün müddətində inzibati həbs cəzası verilib.
    Rəis müavini Fəxri Aslanov hazırda da çox çalışır ki, oğlum Səbuhinin üstünə cinayət işi açdırıb onu barışığa təhrik etdirsin.


    Qeyd edim ki, 03.04.2020 -ci il tarixdə Göyçay rayonu Qaraməryəm kənd sakinləri Qasımov Fuad Nazim oğlu Qaraməryəm kəndində düşmənçilik niyyəti və oğlum Səbuhini öldürmək məqsədilə idarə etdiyi "Priora" markalı avtomobili ilə onu qəsdən vuraraq xəsarət yetirmişdi. Bundan sonra Qasımov Fuad Nazim oğlu, qardaşı Qasımov Cavid Nazim oğlu, atası Qasımov Nazim Mürsəl oğlu, yaxın dostları Abdullayev İntiqam Səhliyar oğlu, qudaları Xəlilov Ceyhun Xəlil oğlu və yaxın qohumları Fərəcullayev İlkin Cəbrayıl oğlu köməksiz vəziyyətdə olarkən oğlum Səbuhini amansızcasına döyərək sol qolunun mil sümüyünü və sol əlini iki hissədən sındıraraq bədəninin müxtəlif naihiyələrinə həyat üçün təhlükə yaradan xəsarətlər yetirmişlər. Onların törətdikləri bu cinayət Qaraməryəm kəndində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kamerasında qeydə alınmışdır.

    Bu hadisə ilə bağlı həmin şəxslər Göyçay Rayon Polis Şöbəsində bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılmışlar. Oğlum Səbuhinin çoxsaylı şikayətlərindən sonra həmin hadisə üzrə cinayət işi açılmış Göyçay RPŞ-də istintaq aparılır.

    Göyçay RPŞ-nin rəis müavini Fəxri Aslanov aldığı 35000 manat rüşvətə görə Səbuhini barışığa təhrik və məcbur edirdi. Səbuhi buna razı olmadığı üçün 17 iyun 2020-ci il tarixdə qanunsuz həbs edilərək polis şöbəsinə aparılb və ağır işgəncə verilib.

    Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Ombudsman Səbinə xanım Əliyevaya müraciət edib xahiş edirəm oğlum Səbuhini qanunusuz həbs etdirib ona ağır işgəncə verib xəsarət yetirən Göyçay RPŞ-nin rəis müavini Fəxri Aslanovun barəsidnə ciddi tədbirlər görəsiniz və 03 aprel 2020-ci il tarixdə oğlum Səbuhini öldürməyə cəhd etmiş imkanlı şəxslərin barəsidnə olan cinayət içini nəzarətə götürəsiniz.Mən işgəncə alımış oğlum Səbuhini Saxlama Yerində yoxlanmasını Ombudsman Səbinə xanımdan xahiş etmişəm ona teleqram göndərmişəm”.

    Asiya.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər