Azərbaycanda bir gündə 471 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda bir gündə 471 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 627, ötən müddət ərzində isə ümumilikdə 417 102 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər