"Sumqayıtlıların" Hüseyn Cavid "sevgisi"

"Sumqayıtlıların" Hüseyn Cavid "sevgisi"
  • Araşdırma / İqtisadiyyat

  • Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyinin rəsmi açılışı ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2002-ci ilin oktyabr ayında keçirilib.

    Şairin 120 illik yubileyi günündə açılışı olan 245 kvadratmetrlik muzey Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrindən biridir.

    Səkkiz şöbədən ibarət olan muzeydə hazırda 5000-ə yaxın eksponatın saxlandığı deyilir.

    Fəaliyyəti Hüseyn Cavidin yaradıcılığını tədqiq və təbliğ etmək olan muzey müstəqil olaraq dövlətsatınalmaları həyata keçirir.

    Asiya.az xəbər verir ki, Qlobal.az muzeyin 2019-cu ildən bu günə (15.06.2020) sifarişçi olduğu satınalmaalar üzərində araşdırma aparıb.

    Qeyd edək ki, göstərilən tarixdə 16 (on altı) lot üzrə sifarişçi olan muzeyin satınalmalarının ümumi məbləği 339.184 (üç yüz otuq doqquz min yüz səksən dörd) manat təşkil edib.

    İlk baxışdan qeyri-adiliyi ilə diqqət çəkməyən bu satınalmalarda maraqlı məqam bundan ibarətdir ki, Hüseyn Cavidin ev muzeyinin iki il ərzində sifarişçi olduğu satınalmaların mütləq əksəriyyətinin qalibi olan şirkətlərin hüquqi ünvanları Sumqayıt şəhərində yerləşir.

    1 "KOMETA 15” MMC (digər malların alınması (kitab) 43800 AZN

    "KOMETA 15" MMC- ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, MƏH 14, ev 2/29, m. 36

    2 "ETALON-2008” MMC (istehlakyönlü müxtəlif xidmətlər, tədbirlərin keçirilməsi,tərcümə) 30000 AZN

    "ETALON-2008" MMC - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, 4 MKR, ev 14/21, m. 109

    3"CORDOBA-2017" MMC (Cari təmir işləri) 19754 AZN

    "Cordoba-2017” MMC (elmi tətqiqat) 30000 AZN

    "CORDOBA-2017" MMC - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, 18 MKR, ev 29, m. 54

    4 "RİDATA-R" MMC Dəftərxana və təsərrüfat xərcləri 9000 AZN

    "RİDATA-R" - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 589, m. 4

    5 "PREMİUM-2014" MMC (mətbəə xərci) 9000 AZN

    "PREMİUM 2014 MMC - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, 11 MKR, ev 24, m. 6

    6 "KADİZ" MMC (elmi tətqiqat xərcləri) 19000 AZN

    "KADİZ" MMC - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, 11 MKR, ev 3, m. 17

    7 "QRASIYA-SL" MMC (dəftərxana və təsərrüfat xərcləri) 9000 AZN

    "QRASİYA SL" MMC - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, 9 MKR, ev 20/21, m. 51

    8. Premium-2014 MMC (İnventarlar) 12000 AZN

    "PREMİUM 2014" MMC - ünvan:

    SUMQAYIT ŞƏHƏRİ, 11 MKR, ev 24, m.

    9. Çinan MMC (Nəşr və çap işləri) 17000 AZN

    "ÇİNAN" MMC - ünvan: SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 33, m. 18

    Qeyd edək ki, bu şirkətlərin heç biri haqqında açıq informasiya məkanında məlumat yoxdur.

    Maraqlı mqamlardan bir isə Muzeyin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin bəzilərinin hazırda dövlətə külli-miqdarda vergi borcunun olmasıdır. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununa görə isə vergi borcu olan şirkətlər dövlət satınalmalarında iştirak edə bilməzlər.

    Hüseyn Cavidin ev muzeyinin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin böyük əksəriyyətinin hüquqi ünvanlarının Sumqayıt şəhərində yerləşməsinin təsadüf olub-olmaması ilə bağlı muzey rəhbərliyindən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf konkret məsələyə münasibət bildirmədi.

    Ancaq bununla belə, dahi dramaturqumuzun, şairimizin adını daşıyan ev muzeyinin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin hüquqi ünvanlarının Sumqayıt şəhərində yerləşməsini təsadüf olmasına ümid edirik.

    Yazıda adları çəkilən qurumlar Asiya.az-da öz mövqelərini bildirə bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər