"Fənərbaxça" uduzub, "Qalatasaray" və "Sivasspor" heç-heçə edib

"Fənərbaxça" uduzub, "Qalatasaray" və "Sivasspor" heç-heçə edib
  • İdman

  • Türkiyə Super Liqasında XXVIII tur davam edir.

    Asiya.az
    saytının məlumatına görə, dünən "Fənərbaxça" səfər, "Qalatasaray" ev matçına çıxıb.

    Uğursuz mövsüm keçirən "Fənərbaxça" elitanı tərk etmək riski hələ də davam edən "Kasımpaşa" ilə bacarmayıb. Ev sahibləri ikinci hissədə vurduğu iki cavabsız qolla "sarı-lacivərdlilər"i əliboş yola salıb.

    Ötən turda məğlub olaraq çempionluq yarışında ciddi itkiyə məruz qalan "Qalatasaray" bu dəfə ortabab "Qaziantep" önündə 2 top fərqli üstünlüyü əldən verib və 1 xalla kifayətlənib.

    Çempionluq uğrunda mübarizə aparan "Sivasspor" isə gözlənilmədən təhlükəli zonada qərarlaşan "Konyaspor"la səfərdə bərabərə qalıb. Sivaslılar son dəqiqə qolu sayəsində məğlubiyyətdən qaçıblar.

    Qeyd edək ki, tura iyunun 22-də keçiriləcək "Alanyaspor" - "Trabzonspor" (22:00) və "Antalyaspor" - "Rizəspor" (22:00) oyunu ilə yekun vurulacaq.

    Türkiyə Super Liqası
    XXVIII tur
    21 iyun
    "Kasımpaşa" - "Fənərbaxça" - 2:0
    Tiam, 55; Yusuf Ərdoğan, 90+2
    "Qalatasaray" - "Qaziantep" - 3:3
    Falkao, 36; Belhanda, 40; Fequli, 66 - Ciloboci, 17; Tvumasi, 78; Maksim, 90+15 (pen.)
    "Konyaspor" - "Sivasspor" - 2:2
    Skubiç, 37; Miloşeviç, 44 - Kone, 30; Skuletiç, 90
    PAYLAŞ:

    Oxşar xəbərlər