Onlar karantin rejimində SMS-lə icazə alıb evləndilər - VİDEO

Onlar karantin rejimində SMS-lə icazə alıb evləndilər - VİDEO
  • Sosial / Asiya TV

  • Bildiyiniz kimi karantin dövründə kütləvi məclislərin o cümlədən də toyların keçirilməsi qadağandır. Amma sevən ürəklər üçün bu əngəl deyil. İndi sizə təqdim edəcəyimiz süjetin qəhramanları kimi. Maraqlısı budur ki, bu cütlüyün nikahları kimi elçiliyi də karantin qaydalarına uyğun olub.

    Əfsanə jurnalistdir, Anar isə marketinq meneceri. Bir-birini sevən bu cütlük öz münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər və onlara karantin də mane ola bilməyib.

    Anar təhsil dalınca Türkiyəyə gedir. Qayıdanda isə ürəyini Əfsanəyə açır.

    Anar deyir 8 ilin cəzası elə belə də olmalıydı. Bir də ki, Əfsanə üçün 8 il gözləməyə dəyərdi. Əfsanə isə bu sevgini pandemiyanın hədiyyəsi adlandırır.

    Onların elçiliyi də maraqlıdır. Valideynlər demək olar ki, vaxtı hesablamaq məcburiyyətində qalıblar.

    İndi gənclər səbirsizliklə koronovirus pandemiyasının bitməyini və xoş günlərini ailələri ilə qeyd edəcəkləri günü gözləyirlər. Və inanırlar ki, sevgiyə heç nə əngəl deyil.

    PAYLAŞ:

    Oxşar xəbərlər