“Prezidentimiz bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!” - Məşhur Məmmədov

“Prezidentimiz bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!” - Məşhur Məmmədov
  • Siyasət / Araşdırma

  • "Bu günlərdə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı".

    Asiya.az
    xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib.

    M.Məmmədov onu da vurğulayıb ki, bu günə kimi dünya dövlətlərinin Azərbaycanı inkişaf etmiş ölkə rəhbərləri bütün sahələrdə yüksək dəyərləndirir: "Bu dövlət başçımızın yüksək səviyyəli diplomatiyasının nəticəsidir. Xüsusi ilə vurğulamaq istərdim ki, Azərbaycanın son illər artan diplomatik hücumları qarşısında acizlik nümayiş etdirən Ermənistan iqtidarı istər Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində, istərsə də Valday və Münxen sammitlərində əldə olunan nailiyyətlər bir daha bunu təsdiqləyir. Məlum olduğu kimi, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Məhz əvvəlki sammitlərdə olduğu kimi, iyunnu 18-də keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində də dövlət başçımız bir daha işğalçı ölkənin baş naziri Nikol Paşinyana bir çox istiqamətlər üzrə faktlarla mat vəziyyətinə qoydu. Lakin ölkə başçımızdan fərqli olaraq Nikol Paşinyan isə tarix bilgilərinin və ingiliscəsinin nə qədər bərbad olduğunu hər cümləsində göstərməklə nəinki siyasi səhnədə ümumiyyətlə heç bir sahədə Prezident İlham Əliyevə rəqib ola bilməyəcəyini bir daha ortaya qoymuş oldu".

    Millət vəkili onu da bildirdi ki, küçə siyasəti ilə beynəlxalq platformaları dəyişik salan Nikol Paşinyan özünə uyğun olaraq sammitdə əvvəlcə beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözündən istifadə etdi, ermənicə çıxışında isə “Artsax” sözünü işlətdi: "Göründüyü kimi, bu bir daha onu göstərdi ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsindən istifadə edir. Baş verən bu prose sisə, bir daha sübut etdi ki, Ermənistan dünyanın 30-a yaxın ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə zəif və acizdir. Ən əsası isə, Azərbaycan Prezidentinin məntiqli çıxışları qarşısında rəzil duruma düşən Paşinyan kimi savadsız birinin belə bir beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməsi düzgün deyil".

    M.Məmmədov onu da vurğuladı ki, ölkə başçısı bütün mötəbər tədbirlərdə olduğu kimi bu sammitdə də Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, Ermənistana qarşı diplomatik hücuma keçməklə onların işğalçı siyasətini ifşa etdi: "Prezident İlham Əliyev çıxıüşı zamanı bildirdi: "Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır". Bütün bunların fonunda işğalçı bir dövləti təmsil edən Paşinyan isə çıxışı zamanı bir daha elə işğalçı təfəkküründə və dilində səsləndirdiyi replika onu yenidən Münhen konfransındakı kimi gülüş hədəfinə çevirdi. Və ən gülünc vəziyyətə düşməsi isə əvvəlki Münhen konfransındakı ingilis dili səviyyəsindən heç bir irəliləyişin olmadığını, əksinə kağızdan belə düzgün oxumağı da bacarmadığını bir daha nümayiş etdirdi".

    Millət vəkili onu da bildirdi ki, bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü: "Bir sözlə, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı".

    RƏFİQƏ KAMALQIZI
    PAYLAŞ:

    Oxşar xəbərlər