Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı - İDDİA

Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı - İDDİA
  • Araşdırma / İqtisadiyyat

  • Gəncə Şəhər Tibb Kollecində hər bir proses pulla həll olunur. Pandemiya dövründə isə tələbələrdən rüşvət alınmasının “unikal” bir növündən istifadə etməyə başlayıblar.

    Asiya.az-a məlumat verən mənbə bildirir ki, kollecin direktoru Mehman Rzayev şöbə müdirlərinə, onlar isə öz növbəsində sinif nümayəndələrinə tapşırıq veriblər ki, onlar öz adlarına kredit kartları alsınlar və şagirdlərə pulun kartlara yüklənməsini tələb etsinlər.

    Onlar da öz növbəsində kredit kartları alıb, onun şəklini telefon vasitəsilə şagirdlərə göndəriblər. Şagirdlərdən isə karta ödəniş etdikdən sonra qəbzin şəklini şəkib onlara göndərmələri tələb olunur.

    Hamıya məlumdur ki, dünyada pandemiyanın vüsət aldığı bir dövrdə və demək olar ki, artıq neçə aydır təhsil ocaqlarında dərslərin keçirilmədiyi halda şagirdlərdən belə bir formada pul yığılması rüsvayçılıqdır.

    Şagirdlərin valideynləri bu məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi müraciət ediblər. Bu məlumatla bağlı kollecin mövqeyini dərc edə bilərik.
    PAYLAŞ:

    Oxşar xəbərlər