Toylara icazə verildi - Bəy və gəlindən başqa heç kim oynamayacaq

Toylara icazə verildi - Bəy və gəlindən başqa heç kim oynamayacaq
  • Dünya / Manşet

  • Türkiyədə pandemiya ərəfəsində qadağan edilən toyların keçirilməsinə artıq icazə veriləcək.

    Asiya.az
    Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy salonları iyulun 1-dən açılacaq.

    Türkiyənin Daxili İşlər Nazirliyi toylarla bağlı yeni qərarı da açılayıb. Bildirilib ki, məclislər yeni qanunlara əsasən keçirilməlidir. Toy etmək istəyənlər daha çox açıq havada məclis təşkil etməyə üstünlük verməlidir.

    Yoluxma riskini azaltmaq üçün toylar qısa olmalıdır. Salonların girişinə, masalaralara spirt yerləşdirilməlidir. Stollar arasında məsafə ən az 1,5 metr olmalıdır. Toylarda qarşılama, yola salma və hədiyyə vermə zamanı qucaqlaşma olmamalıdır. Birlikdə şəkillər çəkdirmək qadağan ediləcək.

    Toyda bəy və gəlindən başqa heç kim yallı getməyəcək. Kənd yerlərində toyda yemək vermək istəyənlər birdəfəlik qablardan istifadə etməlidirlər.

    Bildirilib ki, bu qaydalara əməl ediləcəyi müddətdə virusun toyda yayılması mümkün olmayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər