İmişlidə vəziyyət düzəlmir ki, düzəlmir...- İDDİA

İmişlidə vəziyyət düzəlmir ki, düzəlmir...- İDDİA
  • Araşdırma, Cəmiyyət

  • Ötən gün mətbuat “İmişlinin yeni başçısı kadr islahatlarına başladı” adlı məlumat dərc etdi.

    Məlumatda Elçin Rzayevin müvafiq əmri ilə RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayevin vəzifəsindən azad olunması qeyd edilirdi.

    Oxucuların nəzərinə çatdıraq ki, ötən gün E.Rzayevin müvafiq əmrinə əsasən işdən azad edilən Ziya Paşayev ölkə Prezidentinin təşəbbüsü ilə orta məktəb şagirdləri üçün pandemiyadan əvvəl “Ölkəmizi tanıyaq” adlı tur-aksiysı zamanı avtobusda yeniyetmə və gənclərin qarşısında qeyri-ciddi hərəkətlərə yol vermişdi. Və ölkə mətbuatı həmin görüntüləri video təsdiq ilə dərc etmişdi. Belə ki, rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun artıq sabiq olan müdiri Paşayev Ziya Əlisafa oğlunun ikrah doğuracaq hərəkətlərinə o zaman Vilyam Hacıyev sadəcə göz yummuşdu. Lakin ötən gün imzalanan əmr hər kəsin Vilyam Hacıyev kimi düşünmədiyini göstərdi. Onu da xatırladaq ki, Ziya Paşayev xarakterli şəxslər İmişli RİH-də hələ də fəaliyyətlərini davam etdirirlər.

    Asiya.az xəbər verir ki, Conflict.az İmişli rayonu üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun ikrah doğuracaq əməlləri ilə bağlı əldə etdiyi məlumatları mütəmadi olaraq dərc etməkdədir. İmşli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin nəzərinə çatdıraq ki, ölkə Prezidenti 50 illik yubileyini Ağcabədidə məskunlaşmış məcburi köçkünlərələ qeyd etdiyi halda, İmişli üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimov rayondakı bahalı restoranlardan birində özünə təmtəraqlı 50 illik yubiley tədbiri keçirmişdi. Və atəşfəşanlıqla müşayət edilən həmin yubileydə rayonun əksər məmurlarıda iştirak etmişdilər. Lakin Vilyam Hacıyev bu məsələdə də “görmədim, eşitmədim” prinsipindən əl çəkməmişdi. Məsələ bununla da bitmədi.

    Bir müddət sonra İmişlidə fəaliyyət göstərən “Nərgizim” şadlıq sarayında baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda Rəhim Rəhimovun yersiz hərəkətlərinə, o cümlədən uzun müddət disko mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin mühasibi Kərim adlı şəxsi maliyyə idarəsinin rəisi döyərək fiziki xəsarətlər yetirdi. Həmin hadisədən sonra Rəhim Rəhimov bir müddət vəzifəsindən uzaqlaşdırılsada, yenidən xidməti otağına qayıtmağı bacardı. Və bu da yetmədi.

    Ölkə Prezidentinin “böyük məclislər və təmtəraqlı toylar” xəbərdarlığını da Rəhim Rəhimov eşitməməzlikdən gəldi. Övladının toyunu kifayət qədər bahalı menyuya malik olan, paytaxtın ən prestişli restoranlarından hesab edilən “Aqora”- da keçirtdi. Müğənni Xatirə İslamın idarə etdiyi toyda çoxlu sayda şou-biznes nümayəndələridə iştirak etmişdi. O zaman mətbuat Vilyam Hacıyevə maraqlı sual ünvanlamışdı: Cəmi bir-neçə yüz manat əmək haqqı alan idarə rəisinin, adi vətəndaş üçün fantastik hesab edilən məbləğə övladına toy etməsinin səbəbi nədir? Və ya bu qədər pulun mənbəyi hardandır? Və bu da son deyil.

    Bir neçə il əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) İmişli Rayon Təşkilatının qurucularından olan Nəcəf Abıyevin İmişli Rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun iş otağında dünyasını dəyişdiyi hələ də iddia edilir. Bu məsələdə Rəhimovla bağlı qaranlıq məqamlardandır.

    İmşli rayonunun baş maliyyəçisinin əksər problemlərdən qurtuluşunun səbəbkarı və müəllifi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, əslən İmişlidən olan Arif Qaraşovun olduğu söylənilir. Bir sabiqin bu qədər yetkiyə sahib olması maraqlı nüansdır. Lakin yuxarıda qeyd edildiyi kimi məsələ bununlada yekunlaşmır. Bir müddət əvvəl İmişlidə iki məmur dövlət əmlakını külli miqdarda mənimsədikləri üçün məsuliyyətə cəlb edilmişdilər. Əvvəlcə İmişli Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirov, sonra iə Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov. Görəsən dövlət vəsaiti mənimsənilərkən cənab Rəhimov hara və ya nə məqsədlə baxırdı?

    Bir neçə gün əvvəl İmişli üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun özü kimi ərköyün əmkdaşı Kamal özünü yeni obrazda təqdim edib. Belə ki, bir müddət əvvəl Kərim adlı şəxsi döyən rəisin Kamal adlı əməkdaşı

    Conflict.az-ın rayon təmsilçisinə “Əhməd haradadır?” filmində Şirin kişinin təbiri ilə desək hərbə-zorba gəlib. Yəni bizdən yazmayın. Bu da səbəbsiz deyil. Çünki Kamalın həyat yoldaşı Almaz xanım İmişli rayonu üzrə maliyyə idarəsində yerli xəzinədarlıq orqanına rəhbərlik edir. Deməli xərclənən vəsaitlər məhz bu xanımın imzası ilə yönləndirilir. Biz bu məsələyədə zaman-zaman qayıdacağıq. Lakin istəyirik İmişli rayon İcra Hakimiyyətnin başçısı cənab E.Rzayevin diqqətinə bir məsələni çatdıraq.

    Hələ 30.09.2016-cı ildə Prezident yanında Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Modern.az-a müsahibəsində bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununda qeyd edilir: “Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir.” Bəs yerli təmsilçimizə nəyi necə yazmaqla bağlı xəbrdarlıq edən Kamal həyat yoldaşının məsul vəzifədə işlədiyi dövlət müəssisəsində necə çalışır? Sualı Rəhim Rəhimova ona görə vermədik ki...
    PAYLAŞ:

    Oxşar xəbərlər