"Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir" - Sevinc Fətəliyeva

"Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir" - Sevinc Fətəliyeva
  • Siyasət

  • “Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir. Dövlət tərəfindən görülən bütün tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Məlum olduğu kimi, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər”.

    Asiya.az
    xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
    Onun sözlərinə görə, açılış zamanı bir qrup tibb işçisi ilə görüşdəki çıxışında dövlətimizin başçısı Azərbaycanda koronovirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü işlər və başlıca hədəf olaraq Azərbaycan vətəndaşının sağlamlığının əsas götürülməsi və bu istiqamətdə dövlətin bütün gücünün, eyni zamanda bütün potensialının səfərbər olunması ilə bağlı məqamlara toxundu.

    Millət vəkili deyib ki, cənab Prezident bir daha bu məsələyə toxundu ki, Azərbaycanda görülən işlər, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlər yalnız ona ünvanlanıb ki, Azərbaycan vətəndaşları pandemiyadan zərər çəkməsin və ölkəmiz minimum insan itkisi ilə çıxa bilsin. S.Fətəliyevanın sözlərinə görə, koronavirus infeksiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.
    “Pandemiyanın Azərbaycanda təsirləri hiss olunan dövrdən başlayaraq bu istiqamətdə görülən işlərə dövlətin münasibəti dəyişməzdir. Münasibət isə ondan ibarətdir ki, bütün iqtisadi və digər itkilərə baxmayaraq əsas ölkə vətəndaşlarımızın sağlamlığı qorunsun və təmin olunsun. Əlbəttə ki, bu istiqamətdə də ardıcıl və sistemli şəkildə işlər görülür” - deyən S.Fətəliyeva qeyd edib ki, hər bir vətəndaş cənab Prezidentin tövsiyələrinə əməl etməlidir.

    “Eyni zamanda, dövlət başçısı çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyətə aydınlıq gətirdi və həkimlərimizin fədakarlığını xüsusi vurğuladı. Cənab Prezident qeyd etdi ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çünki biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Dövlətimizin başçısı söylədi ki, yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Belə olan situasiyada isə hər bir insanımızın, hər bir vətəndaşımızın üzərinə tam bir məsuliyyət düşür və onun reallaşdırılması üçün həmrəylik faktoru ən ümdə amil olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bizlər bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməliyik. Ən əsası, hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməlyik. Koronavirusla mübarizədə bizim başlıca şüarımız “Biz birlikdə güclüyük” ifadəsidir. Şübhəsiz ki, biz birikdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, milli həmrəyliyimizlə koronavirus pandemiyasına qalib gəlmək əzmindəyik. Bunun üçün isə, ilk növbədə, məsuliyyətli olmalıyıq. Bu istiqamətdə ictimaiyyət dövlətə güclü dəstək verməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur”, - deyə S.Fətəliyeva vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər