Abşeron rayonunun sosial qayğıları Türkiyə mətbuatında - VİDEO

Abşeron rayonunun sosial qayğıları Türkiyə mətbuatında - VİDEO
  • Sosial, Araşdırma, Asiya TV

  • Abşeron rayonun “Məməmmədli” kəndinin sosial qayğıları Türkiyə televiziyasında yayımalnıb – Görəsən Abşeronun xanım icra başçısı hara baxır?

    Asiya.az
    xəbər verir ki, Abşeron rayonun “Məməmmədli” kəndində olan sosial qayğılarla bağlı Türkiyənin “EGE” televiziyasında sujet yayımlanıb. Yayımlanan sujetdə kəndin problemləri geniş şəkildə əks olunub. Kəndin yollarının hələ də yollar asfaltlanmadığı, çirkab və kanalizasiya sularının yaşayış evlərinin yaxınlığında olması, ərazidə gölməçələrin əmələ gəlməsi, adı çəkilən ərazidə telefon və internet rabitəsinin hələ də olmaması sujetdə sakinlər tərəfindən dilə gətirilir. Problemlər üzündən avtobus marşrutlarının əraziyə gəlməməsi isə daha acınacaqlı vəziyyətdir.

    Sözügedən məsələnin Türkiyə televiziyasına qədər getməsi xalqı dünya mediasında gülünc vəziyyətə qoymaq deməkdir.

    Əslində İcra başçılarının həbsi digərlərinə də dərsolmalıdır, amma göründüyü kimi, bəzi icra başçıları bundan narahat olmur və öz qeyri-qanuni əməllərini davam etdirirlər.


    Abşeron rayon İcra başçısına cənab Prezident İlham Əliyevin Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı dediyi statı bir daha xatırlatmaq istəyirik:

    “Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğrultmurlar, onların hərəkətləri ikrah hissi doğurur. Bütün bu sübutlar göz qabağındadır, nümayiş etdirilən videogörüntülər, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı”
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər