İcazəsiz postu keçən qızlarla bağlı nazirlikdən açıqlama (VİDEO)

İcazəsiz postu keçən qızlarla bağlı nazirlikdən açıqlama (VİDEO)
  • Cəmiyyət / Asiya TV

  • İyunun 26-da Sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. DİN-dən həmin görüntülər araşdırılıb və məlum olub ki, sürücü və videonu çəkib paylaşan şəxs İranə Əhmədova adlı poçt işçisidir.

    Asiya.az
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, avtomobili idarə edən şəxs həqiqətən də "Azərpoçt” MMC-nin Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı Poçt Şöbəsinin əməkdaşı İranə Əhmədovadır. Poçtun əməkdaşı tərəfindən çəkilib, paylaşılan video iş vaxtı qeydə alınmayıb.

    O da qeyd olunub ki, "Azərpoçt” MMC-nin əməkdaşı iş vaxtı olmamasına baxmayaraq, paytaxtda tətbiq olunan karantin rejimini kobud şəkildə pozduğuna və bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığına görə, ciddi cəzalandırılacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər