Masallıda maskalı şəxslər mənzilə basqın etdi, ev sahibinə xəsarət yetirildi

Masallıda maskalı şəxslər mənzilə basqın etdi, ev sahibinə xəsarət yetirildi
  • Manşet / Hadisə

  • Masallıda maskalı şəxslər mənzilə basqın edib.

    Asiya.az
    xəbər verir ki, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, həmin gün gecə saat 3 radələrində yaşadığı evə maskalı üç nəfərin daxil olduğunu bildirib.

    Quldurlar ona hədə-qorxu gələrək, xəsarətlər yetirməklə 1 500 manat pulunu alaraq qaçıblar.

    Faktla bağlı Masallı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi üzrə cinayət işinə başlanılıb.

    Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər