Taksi sürücüsü sərnişinini qarət edib

Taksi sürücüsü sərnişinini qarət edib
  • Hadisə

  • Bakıda taksi sürücüsü sərnişinini soyub.

    Asiya.az
    -ın məlumatına görə, Binəqədi rayon Xocasən qəsəbəsində 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

    Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər