Asiya.az-a bu barədə məlumatı İctimai birliyin sədri İqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva verib.
Rəsmiyyə Abdullayeva bildirib ki, "Birlik iyul ayının 1-dən etibarən layihənin icrasına başlayıb. Layihənin müddəti 4 aydır. Layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur. Vebinarda Azərbayanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar".