Asiya.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Parlamentari bildirib ki, su problemi günümüzün aktual problemlərindən birinə çevrilib:
"Xüsusilə, regionlarda içməli suya tələbat daha çoxdur. Bunun da bir neçə səbəbi var. İnsanlar sudan təkcə məişətdə istifadə etmir. Eyni zamanda, kənd təsərrüfatı sahələrində dolanışıqlarını təmin etmək üçün də şirin suya tələbat daha çoxdur. Regionlarda ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq çaylarda suyun səviyyəsi aşağı enib. Yeni kanalların çəkilməsi kimi məsələləri xüsusi vurğuladım. Ümid edirəm ki, qaldırdığımız problemlər həllini tapacaq".
Məşhur Məmmədov seçildiyi rayonun problemindən də söz açıb:
"Masallının 40 yaxın kəndində 91 min əhali yaşayır. Burada da içməli su problemi var. Bu kəndlərə içməli suyun verilməsi məsələsini diqqətə çatdırdım. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov suallarımızı cavablandırdı və qaldırdığımız məsələlərin həll edilməsi istiqamətində tapşırıqlar verəcəyini dedi".