Rus futbolçu “Qarabağ”a “pul oxudu” - GƏLİR?

Rus futbolçu “Qarabağ”a “pul oxudu” - GƏLİR?
  • İdman

  • "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Aleksey İsayevin xidmətində maraqlıdı.

    Asiya.az
    xəbər verir ki, fanat.az-ın əldə etdiyi son məlumata görə, tərəflər danışıqları davam etdirir.

    Bu gün üçün "Sumqayıt"ı martda tərk edərək vətəni Rusiyaya yollanan yarımmüdafiəçinin transferinin baş tutub-tutmayacağı dəqiqləşməyib. Belə ki, istedadlı futbolçunun dağıstanlı meneceri Ağdam klubundan çox yüksək maaş tələb edib. Qonşu ölkənin elita təmsilçisi "Ural"ın da maraqlandığı orta xətt oyunçusu məbləğ məsələsində güzəşt etsə, yaxın günlərdə Azərbaycana qayıdaraq "Qarabağ"la müqavilə bağlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər